Tanınmış ifaçıların iştirakı ilə musiqi axşamı keçirilib

 

İyulun 10-da Heydər Əliyev Sarayında “Ötən illərin nəğmələri” adlı konsert proqramı təqdim olunub.

Konsertdə Xalq artistləri Zaur Rzayev, Gülyaz Məmmədova, Cavan Zeynallı, Əməkdar artistlər Elton Hüseynəliyev, Şölə Səfərəliyeva, Rəşad İlyasov, Xəyyam Mustafazadə, tanınmış ifaçılar Fuad Musayev, Rəvanə Qurbanova və digər sevilən estrada müğənniləri səhnəyə çıxıb.

Gecədə unudulmaz bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimovanın musiqiləri ilə bərabər, korifey ifaçılar Müslüm Maqomayev, Mirzə Babayev və Şövkət Məmmədovanın repertuarından mahnılar ifa olunub.

Azərbaycan Televiziyasının informasiya dəstəyi verdiyi konsert proqramı alqışlarla qarşılanıb.

L.Azəri