Azərbaycanın Xalq yazıçısı Elçinin əsərləri qardaş Türkiyədə geniş yayılıb. Ədibin romanları, povest və hekayələri, eləcə də esseləri ölkənin ən nüfuzlu nəşriyyatlarında dəfələrlə nəşr edilib, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum və digər şəhərlərin teatrlarında səhnəyə qoyulub.
   Elçinin yaradıcılığı Türkiyə elmi ictimaiyyətinin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Atatürk Universitetinin alimi Sedat Adıgözəl Elçinin romanları haqqında tədqiqat işi yazaraq müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edib.
   Bu günlərdə türkiyəli alim S.Adıgözəlin Ankaranın “Bengü” nəşriyyatında “Elçin. Ədəbiyyat sosiolojisi baxımından romanları” adlı fundamental elmi monoqrafiyası çapdan çıxıb.
   Kitabda Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” romanları müasir dünya ədəbiyyatı kontekstində geniş tədqiq edilib, bu romanların bədii-fəlsəfi və sosioloji xüsusiyyətləri ətraflı təhlil olunub. Alim bu qənaətə gəlib ki, hər üç roman sovet dönəmində yazılsa da, əslində, onların alt qatı sovet sisteminin iç üzünü açır və bu romanlar sosialist realizminin yox, böyük ədəbiyyatın nümunələridir.
   Monoqrafiyada göstərilir ki, Elçinin romanları və ümumiyyətlə, yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus yeri olan parlaq sənət nümunələrindəndir.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar