Tanınmış amerikalı pianoçu Mark Demiş (Mark Damisch) dünya turu çərçivəsində avqustun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində “Hərəkət” (“Mouvement”) adlı konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, Mark Demiş ilk dəfə 70-ci illərdə hələ yeniyetmə ikən musiqiçi kimi müxtəlif ölkələrə qastrola çıxıb. Həmin dövrdə o həm də oğlanlar xoru ilə birgə vokal qrupunun tərkibində çıxış edib.
İfaçının yaradıcı tərcümeyi-halına bir neçə dünya turu, yüzlərlə konsert daxildir. Mark Demişin Almaniya, Avstraliya, Çin, Hindistan, İsrail, Misir, Niderland, Polşa, Rusiya, Vyetnam, Yaponiya, Yeni Zelandiya – ümumilikdə 70-dən çox ölkədə fortepiano konsertləri olub.
Pianoçu hüquqşünas ixtisası üzrə də təhsil alıb və həmin sahə üzrə işləyib. Musiqiçi kimi sənətinə 19 il fasilə verib, amma 2000-ci ilin yayında yenidən səhnəyə qayıtmaq qərarına gəlib.