Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümə Şahnaz Şahinin “Mübariz” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yekun vurub.

Milli Qəhrəman Mübariz İbrahimovun (1988–2010) şücaətindən bəhs edən tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti isə Ceyhun Yusifovdur.

Rolları teatrın aktyorları Fərhad Fərhadzadə, Elmir Hümbətov, Nuranə Əliyeva, Qalib Abdullazadə, Teymur Kərimov və Vüqar Mərdanov ifa ediblər.