Britaniyalı məşhur müğənni Adel növbəti konsert proqramlarından sonra musiqi fəaliyyətinə böyük fasilə verəcək.

O bu barədə Almaniyanın “ZDF” telekanalına müsahibəsində deyib. Müğənni musiqi ilə bağlı yeni heç bir planının olmadığını, musiqiyə fasilə vermək və bir müddət başqa yaradıcılıqla məşğul olmaq istədiyini qeyd edib.

Adel deyib ki, musiqiyə fasilə vermək səbəblərindən biri də hər zaman diqqət mərkəzində olmağıdır. O, musiqini sevdiyini, ancaq şöhrət məsələsinə nifrət etdiyini deyib. Müğənni bildirib ki, məşhur olmadığı vaxtlar üçün çox darıxır.

Adel avqust ayında Almaniyanın Münxen şəhərində 10 gün konsert verəcək. Onun builki konsert proqramının noyabrda Las-Veqasda (ABŞ) yekunlaşacağı gözlənilir.