Fransanın Marsiak şəhərində 46-cı caz festivalı dünyanın nüfuzlu sənətçilərini bir araya gətirib. Azərbaycanlı caz pianoçusu, Əməkdar artist Şahin Növrəsli festivalın xüsusi qonağı olub.

Festival çərçivəsində Ş.Növrəsli amerikalı caz ustası, pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın (Frederik Rassel Cons) xatirəsinə həsr edilmiş konsertindən əvvəl Areta Franklin Kollecinin şagirdləri ilə görüşüb. Onun gənc musiqiçilər üçün ustad dərsi təşkil olunub.

Builki Marsiak caz festivalında məşhur pianoçu Əhməd Camalın vəfatının ildönümünün qeyd edilməsi yaddaqalan anlardan olub. 1930-cu ildə Pittsburq şəhərində (Pensilvaniya ştatı) anadan olan cazmen 1950-ci ildə Çikaqoya köçüb, orada İslamı qəbul edib və adını Əhməd Camal olaraq dəyişdirib. 2023-cü ildə vəfat edib.

Qeyd edək ki, Marsiak caz festivalının mahiyyəti onun eklektik və ruhlandırıcı proqramı ilə sübut olunduğu kimi, sərhədləri aşmaq bacarığındadır.

Festival avqustun 4-dək davam edəcək.