Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan “Şirvanşahların səsi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.
Layihənin məqsədi Azərbaycan musiqisini Bakı sakinlərinə və qonaqlara, qədim İçərişəhərin ziyarətçilərinə təbliğ etməkdir.
Şirvanşahlar sarayı kompleksində keçirilən konsertdə Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) çıxış edib.