Böyük Britaniyanın Uels Aberistvit (Aberystwyth) Universitetinin nümayəndəsi Murtza Ali Qəznəvi Azərbaycan Turizm İnstitutunun qonağı olub. Ona institutun fəaliyyəti, kadr hazırlığı, ümumilikdə Azərbaycanın turizm potensialı və bu sahədə görülən işlər barədə məlumat verilib.
Öz növbəsində qonaq təmsil etdiyi universitetin 1872-ci ildə yarandığını, əsasən siyasi elmlər istiqamətində kadr hazırlığı apardığını, turizmin marketinqi və menecmenti, biznes idarəçiliyi, kompyuter texnologiyası və s. ixtisasların da təhsil proqramında yer aldığını diqqətə çatdırıb. O, universitetlə ATİ arasında anlaşma memorandumu imzalamağa hazır olduqlarını deyib.

Fəxriyyə