Noyabrın 29-da Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Yasamal rayon MKS-in 1 saylı filialında detektiv əsərlər müəllifi Elxan Elatlı ilə oxucuların görüşü keçirildi.
   
   Görüşdə Səbail rayon MKS-in direktoru N.Ələkbərova, Heydər Əliyev Muzeyinin direktoru S.Seyidzadə, Yasamal rayon A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova, Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov, “Yeni nəşr” jurnal-kataloqunun redaktoru Fazil Kərimli, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələri, 167, 158, 173, 6 saylı orta məktəblərin şagirdləri iştirak edirdilər.
   Tədbirdə çıxış edən MKS-in Metodiki Biblioqrafiya şöbəsinin müdiri T.Cəfərova yazıçı E.Elatlının yaradıcılığı haqqında məlumat verdi. Yasamal rayon MKS-in direktoru N.Ömərova yazıçının qələmə aldığı roman və povestlərin oxucular tərəfindən maraqla oxunduğunu bildirdi.
   Universitet tələbələri, məktəb şagirdlərinin ifasında E. Elatlının əsərləri səsləndirildi və konservatoriyanın tələbələrindən ibarət üçlük «Bayatı-Şiraz» və «Şur» muğamlarını ifa etdilər.
   Görüşün sonunda çıxış edən müəllif oxucuların çoxsaylı suallarını cavablandırdı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar