Gəncə filarmoniyasında daha bir konsert
Sentyabrın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc kamança ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyevanın “Ruhun qidası” adlı konsert proqramı reallaşacaq.
Filarmoniyadan bildirilib ki, kamança ifaçısını fortepianoda Nərmin Rzayeva müşayiət edəcək.
Gənc ifaçılar Üzeyir Hacıbəyli, Sevda İbrahimova, Bela Bartok, List, Şopen, Bethoven, Bela Kovacs kimi bəstəkarların əsərlərini ifa edəcəklər.