Aprelin 26-da «Excelsior Hotel Baku» hotelində marketinq və satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirilib. «Ata Holding» ASC-dən verilən məlumata görə, ali məktəblərin yuxarı kurs tələbələri üçün təşkil edilmiş təlim hotelin marketinq və satış departamentinin direktoru Damla Bayık və holdinqin kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçirilib.
İştirakçılara marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsipləri, ictimaiyyətlə əlaqələr işinin qurulması üzrə əsas metod və texnologiyalar barədə məlumat verilib.
Aksiya «Ata Holding» şirkətinin korporativ sosial məsuliyyəti çərçivəsində təşkil edilib.

Fəxriyyə Abdullayeva