Yayın son istirahət günü – avqustun 25-də paytaxtdakı Heydər Əliyev Mərkəzinin parkında “Yay festivalı” adlı konsert olub.
Paytaxt sakinləri və şəhərimizin qonaqları parkda sevilən müğənnilərin ifasını dinləyib, gözəl bir axşam keçiriblər.
Zəngin proqramlı konsertdə tanınmış müğənnilərin iştirakı ilə müxtəlif janrlarda mahnılar ifa olunub. Sevilən mahnılar bu dəfə duet və qrup ifalarla səslənib. Əksər mahnılar belə interpretasiyada ilk dəfə təqdim olunub. Məqsəd musiqidə nəsillərin dialoqunu nümayiş etdirməkdir.
“Yay festivalı”nda Almaxanım Əhmədli və mərhum Aygün Bəylərin virtual dueti, Almaz Ələsgərli və Elçin Cəfərov, Aygün Kazımova və Zamiq Hüseynov, Elnur Məmmədov və Günay İbrahimli, Ədalət Şükürov və Nigar Camal, Faiq Ağayev və Dilarə Kazımova, Xəyyam Nisanov və Aysel, Könül Xasıyeva və İlkin Əhmədovun duetləri təqdim olunub.
Bundan əlavə, Mələkxanım Əyyubova və Ramal İsrafilov, Mənsum İbrahimov və Elnarə Xəlilova, Murad Arif və Mərdan Kazımov, Mübariz Tağıyev və Cavidan Fatihi, Nazim Pişyari və Mehin Hümbətova, Nazpəri Dostəliyeva və İlkin Dövlətov, Nisə Qasımova və Abbas Bağırov duetləri səhnəyə çıxıb.
Həmçinin Niyaməddin Musayev və “Döngə” qrupu, PRoMete və Samirə AliMəryam (Allahverdiyeva), “Rast” qrupu və Jamal Hashım, Sevda Ələkbərzadə və “Nənələr” qrupu, Tünzalə Ağayeva və Nadir Rüstəmli (duet) çıxış ediblər.
Gülyaz və Gülyanaq Məmmədovalar ilə Kamilə Nəbiyeva və İlahə Rüstəmova, Təyyar Bayramovla Rəvanə Əmiraslanlı və Mirəli Sarızadə, eləcə də Səbinə Babayeva, Sona Əzizova, Atilla Qərib və Atilla Məmmədovun qrup ifaları olub.
Azərbaycan Dövlət Rəqs Ansamblının qrupu da konsertə rəng qatıb.