Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü ilin aprel ayı ərzində aşağıdakı mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilib: «Clear», «King Palace» mehmanxanaları (Bakı), Şamaxıdakı «Qızıldaş», Lənkəran rayonundakı «Bəşəru» və Lerik rayonundakı «Həyat» istirahət mərkəzləri, «Şəki Olimpiya İdman Kompleksi» mehmanxanası.
Bununla yanaşı, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar” müvafiq bəndinə əsasən Bakıda yerləşən «Çinarlı» mehmanxanasına verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.
Həmçinin aprel ayı ərzində bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: «Gate Tours», «Coral Travel», «Hunaz», «Geo Travel», «Teach and Travel», «Zərif 555», «Dream Kongre Seminar», «Green Apple Travel Agency» və «P.L.Z» MMC.

 Fəxriyyə