Mayın 24-də «AtaTravel» MMC «Excelsior Baku» hotelinin «Bodrum» zalında turizm sahəsində təhsil alan ali təhsil müəssisələrinin 4-cü kurs tələbələri üçün «Karyerada planlaşdırma» mövzusunda təlim keçirəcək. Şirkətdən aldığımız məlumata görə, təlimdə iştiak etmək istəyən tələbələr CV-lərini və tələbə kitabçalarının surətini info@atatravel.az ünvanına göndərə bilərlər. Təlimdə tələbələrə CV-nin düzgün yazılması, onların iş axtarma bacarıqlarının inkişaf etdirilməsi, karyeranın qurulması mövzusunda ətraflı məlumat veriləcək.
«AtaTravel» MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı qeyd edib ki, bu təlimin keçirilməsində məqsəd turizm sahəsində təhsil alan tələbələrin gələcəkdə işə düzəlməsinə kömək etməkdir. Təlim Korporativ Sosial Məsuliyyət çərçivəsində keçiriləcək.