Yunanıstanın «Aegean Airlines» aviaşirkəti Bakıdan Rodos adasına mövsümi reysin açılması barədə razılıq əldə edib. Yunanıstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, iyun və sentyabrda reyslər həftədə bir dəfə (çərşənbə), iyul və avqustda iki dəfə (çərşənbə və cümə) olacaq.
Rodosun Yunanıstanın azərbaycanlılar üçün maraq kəsb edəcək başqa turist regionları ilə (Krit, Kos, Santorini, Mikonom) yaxşı nəqliyyat qovşağı (birbaşa və ya Afina vasitəsilə) var. Yayda Yunanıstan aviaşirkətinin Krit adasına uçuş təklif edəcəyi də gözlənilir.

Fəxriyyə Abdullayeva