Sentyabrın 30-da “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə “Naz-nazı” muğam qrupunun konserti olacaq.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək konsertdə “İz” və “Yari-pünhan” kompozisiyaları, “Xumar oldum”, “Dağların başı” və s. xalq mahnıları, “Gül dəstəsi” xalq rəqsi, “Qarabağ şikəstəsi”, “Çahargah” dəramədi səslənəcək.

Konsert Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq.