Serbiya telekanalında reportaj

Xəbər verildiyi kimi, Belqradda tanınmış serb yazıçısı Yasmin Mixayloviçin “Xəzər dənizinin sahilində” kitabının təqdimatı olub. Nəşrlə bağlı Serbiyanın “Sky+” kanalında reportaj yayımlanıb.
Reportajda Azərbaycanı serb yazıçısının gözü ilə təsvir edən kitab barədə geniş məlumat verilib. Y.Mixayloviç bildirib ki, kitabda Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə səfəri ilə bağlı xatirələri yer alıb. Müəllif həmçinin Serbiyada həyata keçirilən çoxsaylı mədəni-humanitar layihələrə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Fəxriyyə Abdullayeva