Əməkdar artist, xanəndə Kifayət Gəncəli (Kifayət İslam qızı Məmmədova) 22 sentyabr 2024-cü il tarixində, ömrünün 87-ci ilində vəfat edib.

Kifayət Gəncəli 2 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam ifaçılığı üzrə (Nəriman Əliyevin sinfi) təhsil alıb. Əvvəlcə “Gənclik” ansamblında fəaliyyətə başlayıb. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. O, eyni zamanda müxtəlif illərdə Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblının solisti kimi fəaliyyət göstərib. Bir sıra bəstəkar və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb.

Kifayət Gəncəli 2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Azərbaycan Televiziyasının “qızıl fond”unda onun yüzlərlə səs yazısı saxlanılır.

Xanəndə doğulub boya-başa çatdığı Gəncənın Səbiskar qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.