Dünya Turizm Təşkilatının rəsmi saytında verilən məlumata görə, 2013-cü ildə turizm mərkəzlərinin turistlərin yerləşdirilməsi, yeməyi, əyləncəsi, təşkil olunan şoppinqlər və digər xidmətlərdən gəliri 5 faiz artaraq 1159 milyard dollar təşkil edib. Həmçinin beynəlxalq sərnişin nəqliyyatının gəlirləri 218 milyard dollar olub.
2012-ci ilə nisbətən 2013-cü ildə dünyada turist səfərlərinin sayı da 1087 milyon nəfər artıb. Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sözlərinə görə, bu bir daha sübut edir ki, artıq turizm sahəsi iqtisadiyyatın gəlir gətirən ən vacib istiqamətlərindən birinə çevrilib. Turizmi inkişaf etdirməklə ölkələrdə, bütöv regionlarda yüksək nəticələr əldə etmək və insanların yaşayışına, güzəranına təsir etmək mümkündür.
Dünya Turizm Təşkilatının məlumatında o da qeyd edilir ki, turizm dünya üzrə qeyri-neft sektoruna aid olan sahələr içərisində gəlirlilik səviyyəsinə görə 5-ci yeri tutur. Amma ayrılıqda bir çox ölkələrin iqtisadiyyatında birinci yerdə durur.
Fəxriyyə