Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Rusiyanın Novorossiysk şəhərində keçirilən festivalda uğurla təmsil olunub.

Əməkdar artist Şövqi Hüseynovun oynadığı “Kontrabas” tamaşası sentyabrın 23-də "Teatr limanı" adlı 6-cı beynəlxalq festivalda nümayiş olunub.

Şövqi Hüseynov "Teatr sahəsindəki nailiyyətlərinə, ifasındakı ustalığa və Rusiyanın cənubundakı mədəniyyəti zənginləşdirməyə verdiyi töhfələrə görə" festivalın xüsusi mükafatı ilə təltif edilib.

Alman yazıçısı Patrik Züskindin (Patrick Süskind) əsəri əsasında monotamaşa 1998-ci ildə Xalq artisti mərhum İrina Perlovanın quruluşunda hazırlanıb.

“Kontrabas” indiyədək Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Makedoniya və digər ölkələrdə beynəlxalq teatr festivallarında iştirak edib, mükafatlara layiq görülüb.