Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsini təqdim edir.

Mərkəzdən bildirilib ki, layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Layihə çərçivəsində ilk ustad dərsləri oktyabr 3-dən 11-dək Qusar Dövlət Ləzgi Dram Teatrında keçiriləcək.

Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən keçiriləcək təlimlərin yekununda tədris edilmiş nəzəri əsasların praktiki nəticəsi olaraq tamaşalar qurulacaq.

Layihə çərçivəsində ölkəmizin müxtəlif regionlarında bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.