Xalq rəssamı Əşrəf Heybətin sərgisi

 

Yunus Əmrə İnstitutunun Berlindəki mərkəzində Almaniyada yaşayan Azərbaycanın Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətin sərgisi təşkil edilib.

“Türk dünyası” adlı sərginin açılışında Azərbaycanın və digər türkdilli ölkələrin Almaniyadakı səfirliklərinin əməkdaşları, türk xalqları icmalarının təmsilçiləri, yerli mədəniyyət nümayəndələri iştirak ediblər.

Oktyabrın 11-də başa çatacaq sərgidə rəssamın 38 əsəri yer alıb. Tablolarda geniş coğrafiyanı əhatə edən Türk dünyasının zəngin tarixi-mədəni irsi, memarlıq abidələri, adət-ənənələri əksini tapıb.