Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti (TEU) arasında əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Universitetdən bildirilib ki, ATMU tələbələri Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı vasitəsilə 2008-ci ildən bu günədək TEU-da turizmə dair təhsil əlçatanlığı ilə yanaşı, nəzərdə tutulan təcrübə mərhələsində peşəkar vərdişlərə yiyələnmək imkanı qazanırlar.

Hazırda ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin 3-cü kurs tələbələri Cavad Abbaszadə və Elay Hüseynova DAAD proqramı çərçivəsində təhsillərini TEU-da davam etdirirlər. 2024-cü ilin payız semestrində orada təhsil almaq şansı qazanan ATMU tələbələri akademik biliklərlə yanaşı, ayrı-ayrı ölkələrin gəncləri ilə mədəni və sosial sahədə əlaqə qurmaq fürsətindən də faydalanacaqlar.