Qırğızıstan rejissoru Dastan Japarın “Qaçqın” filminin Avropa premyerası Almaniyanın Kotbus şəhərində keçirilən Beynəlxalq Şərqi Avropa Kino Festivalında olacaq.

Noyabrın 7-dən 12-dək davam edəcək bu festivalın əsası 1991-ci ildə qoyulub. Şərqi və Mərkəzi Avropa filmlərinin nümayiş platforması sayılan festivalda bu il 11 ölkə iştirak edir.

“Qaçqın” filmində Mərkəzi Asiyanın dağlıq ərazisində gizli marşrut cızmış iki narkotik alverçisi Aza və Samatın başına gələnlərdən danışılır. Köləlikdən qaçan Nazik adlı gənc qıza rast gələndən sonra onların həyatı dəyişir. Nazik yenidən yerli cinayətkarların əlinə düşəndə Aza riskə gedərək onu qurtarmağa qərar verir...

Qırğız rejissorun filmi ilk olaraq bu il oktyabrın əvvəlində 29-cu Busan Beynəlxalq Kino Festivalında (Cənubi Koreya) nümayiş olunub.

Gülcahan