Nüfuzlu internet resurslarından olan Tripadvisor saytında dünyada turistləri daha çox cəlb edən 10 abidənin siyahısı verilib. Siyahıya Perunun XV əsrə aid Maşu Magşu yaşayış qəsəbəsi başçılıq edir. Tarixi məkan UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. İkinci yerdə Birləşmiş Ərəb Əmirliyinin Şeyx Zeyad məscidi, üçüncü yerdə Hindistandakı məşhur Tac-Mahal gəlir. Sonrakı yerləri İspaniyanın Korgu məscid-kilsəsi, Vatikanın müqəddəs Pjotr baziliki, Kambocanın Angkor Vat abidələr kompleksi, Piyon ibadətgahı, Rusiyanın Sankt-Peterburq şəhərindəki müqəddəs Xilaskar ortodoks kilsəsi, ABŞ-dakı Milli Hərbi Park və nəhayət, onuncu yeri Xorvatiyanın orta əsrlərə məxsus Dubrovnik şəhəri tutur.
Hər il yüz minlərlə turist bu tarixi abidələri görmək üçün səyahətə çıxır.