Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Teatrın baş rejissoru Elşad Əhmədovun quruluş verdiyi tamaşada Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Kəmalə Məmmədova və digər aktrisalar rol alıb. Səhnə əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, ilin sonunadək Gəncə teatrının səhnəsində N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının, eləcə də türkiyəli müəllif Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” əsərinin tamaşaları təqdim olunacaq.