AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəylinin tərcüməsində Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan müstəqillik uğrunda mübarizədə” (Polyak-Azərbaycan əlaqələri) kitabı rus dilində işıq üzü görüb.
İnstitutdan bildirilib ki, kitab 1938-ci ildə Varşavada çap olunub. Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi haqqında sərəncamına uyğun olaraq nəşr edilən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Əsəri polyak dilindən tərcümə edən və ön söz yazan Gülər Abdullabəyli həm də Azərbaycan-Polşa Elmi-Mədəni Cəmiyyətinin sədridir.
Nəşrdə əsərin polyak dilində olan əslinin də surəti yer alıb.