Latviya Milli Opera və Balet Teatrının səhnəsində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə C.Puççininin “Toska” operasının tamaşası nümayiş olunub.

Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən sənət axşamında orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev idarə edib.

Səfirlikdən bildirilib ki, anşlaqla keçən tamaşada solistlərin ifaları alqışlarla qarşılanıb. Tamaşaçılar arasında Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Latviya tərəfindən həmsədri, kənd təsərrüfat naziri Armands Krauze, Latviya Seyminin komitə sədrləri, dövlət qurumlarının rəsmiləri, xarici diplomatlar da olublar.