Statistik məcmuə nəşr olunub

«Azərbaycanda turizm və xidmətlər» illik statistik məcmuəsi nəşr olunub. Məcmuədə ölkədə fəaliyyət göstərən turizm, mehmanxana və mehmanxana tipli müəssisələrin iqtisadi göstəriciləri, eyni zamanda xarici ölkələrə gedən və Azərbaycana gələn vətəndaşların sayı, iaşə dövriyyəsi, göstərilən xidmətlər, reklam müəssisələrinin fəaliyyəti haqqında statistik məlumatlar yer alıb. Məlumatların elektron və nəşr versiyasını Dövlət Statistika Komitəsinin portalından əldə etmək olar.