Sentyabrın 9-dan 11-dək Dünya Turizm Təşkilatının və Qana Respublikasının Turizm, Mədəniyyət və Kreativ İncəsənət Nazirliyinin birgə təşkilatçılığı ilə Akkra şəhərində turizm brendi və Afrika üzrə regional seminar keçiriləcək. DTT-nin saytında verilən xəbərə görə, seminarın məqsədi brend məsələləri üzrə fikir mübadiləsi aparmaq, eləcə də turizm üzrə genişlənən rəqabət bazarında Afrikanın öz brendini yaratmaq məsələlərini araşdırmaqdır.