Xaçmaz Xalq teatrında yeni səhnə əsəri hazırlanır. Nəzər Mirzəyevin erkən nikahlara, qızların təhsildən yayınmasına qarşı çıxan “Həyata dönüş” pyesi əsasında tamaşanın 2025-ci ilin əvvəlində təhvil verilməsi gözlənilir. Kollektiv tamaşanı 2 fevral – Gənclər gününə hədiyyə etmək istəyir.
Teatrın bədii rəhbəri və rejissoru İlham Tağızadə bildirib ki, daha çox gənclərin problemlərinə həsr olunmuş əsərlərə müraciət edirik. Hazırda teatrın repertuarında N.Mirzəyevin pyesi əsasında hazırlanmış, gəncləri narkomaniyadan uzaq olmağa çağıran “Fəlakət konfetləri” tamaşası oynanılır. Yaxın planlardan biri də gələn il martın 10-da həm Milli Teatr Gününü, həm də teatrın 10 yaşını yeni tamaşa ilə qeyd etməkdir.
Gülcahan