Sentyabrın 24-dən etibarən Azərbaycan Hava Yolları (AZAL) şirkəti Bakıdan Nyu-Yorka müntəzəm birbaşa reyslər yerinə yetirəcək. Avqustun 1-dən bu marşrut üzrə aviabiletlərin satışı başlanıb.
Şirkətdən bildiriblər ki, Bakı-Nyu-York reysinin uçuş biletləri 615 manatdan başlayır. Bu, sentyabrın 24-də nəzərdə tutulmuş ilk reys üçün («ekonom» salon) qiymətdir.
Azərbaycandan Amerikanın biznes paytaxtına «biznes» salonda uçmaq istəyənlər isə « təqribən 3 dəfə artıq vəsait ödəməli olacaqlar. Belə ki, bir nəfərin bir tərəfə uçuşu 1676 manata başa gələcək.
Bakıdan Nyu-Yorka uçuş müddəti 12,5 saat təşkil edəcək. Qeyd edək ki, Nyu-Yorka «AZAL»la uçmaq «Türk Hava Yolları»ndan sərfəlidir. Belə ki, «Türk Hava Yolları»nın təyyarəsi ilə Bakıdan Nyu-Yorka uçmaq üçün bir tərəfə bilet «ekonom» salonda 627 avro (660 manat) təşkil edir. «AZAL»la birbaşa uçuş müddəti 12 saat 30 dəqiqə təşkil etdiyi halda, «Türk Hava Yolları» İstanbuldan keçməklə, öz sərnişinlərini Bakıdan Nyu-Yorka ən yaxşı halda 15 saat 50 dəqiqəyə çatdırır.

Fəxriyyə