Dekabrın 4-də növbəti köç karvanı ilə Şuşaya qayıdan 48 ailəyə (164 nəfər) mənzillərinin açarları təqdim olunub.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları iştirak ediblər.
Sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.
Ailələrə şəhərdə yeni tikilmiş binalarda mənzillər verilib. Onlar sevinc hissi ilə yeni evlərində məskunlaşıblar.