“Bakı Ağ Şəhər” layihəsinə daxil olan “Bakı Ağ Şəhər” hotelinin tikintisi davam edir. “Bakı Ağ Şəhər”in sahilyanı rayonunda yerləşən altımərtəbəli binada tamamlama və üzləmə işləri aparılır. Hotel 818 otaqdan ibarət olmaqla, 90 min kvadratmetr sahəyə malikdir.
Layihə “Paşa Construction” şirkəti tərəfindən icra edilir. Tikinti işlərinin 2015-ci ilin birinci rübündə, Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində başa çatdırılması nəzərdə tutulur.