Londonda turizmlə bağlı nazirlərin görüşü olacaq

Noyabrın 4-də Londonda Dünya Turizm Təşkilatı və “Dünya Səyahət Bazarı”nın birgə təşkilatçılığı ilə “Turizm və meqa-hadisə: davamlı irsin yaradılması” mövzusunda nazirlər görüşü keçiriləcək.
Dünya Turizm Təşkilatının saytında yer alan məlumata görə, görüşdə meqa-hadisələrin turizm istiqamətinə təsiri, müvafiq inkişaf və infrastrukturun planlaşdırılması, hadisələrin ekoloji davamlılığı, cəmiyyətin diqqətini insan kapitalına yönəltməyin yolları müzakirə ediləcək.
Nazirlər görüşü noyabrın 3-dən 6-dək Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisi çərçivəsində təşkil olunacaq.