Mərakeşin paytaxtı Rabatdakı Milli Fotoqrafiya Muzeyində məşhur fotoqraf Reza Deqatinin “Müasir Odisey” adlı sərgisi açılıb. Sərginin açılışında Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov da iştirak edib.

Sərgidə R.Deqatinin Azərbaycanın azad olunmuş torpaqlarında, eləcə də Şirvanşahlar sarayı (Bakı) və Xınalıqda (Quba rayonu) çəkdiyi fotolar yer alır. Hər bir şəklin arxasında bir hekayə var. Bunu fotoqrafın əsərlərində daha aydın görmək olur. R.Deqati bu hekayələri sərgi ziyarətçilərinə çatdırmağa çalışır. Fotoqrafın obyektivinə tuş gəlmiş üzlərdəki emosiyalar, sarsıntılar müxtəlif insan taleləri haqqında təsəvvür yaradır.

20 foto və 5 kitab-albomun nümayiş olunduğu sərgi gələn il iyunun 30-dək davam edəcək.