Dekabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib.

Konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Əli Vəliyev (piano) və Nərgiz Kəngərli (piano) çıxış ediblər.

Proqramda F.Şopenin “Piano və orkestr üçün 1 saylı konsert” (e-moll op.11) və S.Raxmaninovun “Piano və orkestr üçün 3 saylı konsert”i (d-moll op.30) səsləndirilib.

Məlumat üçün bildirək ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.