Azərbaycanda ulduz dərəcəsi olan 54 mehmanxana fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumatda bildirilir ki, bunlardan 33-ü Bakıda, 21-i isə regionlarda yerləşir. Mehmanxanalardan 17-si beşulduzlu (Bakıda 12), 28-i dördulduzlu (Bakıda 15), 6-sı üçulduzlu (Bakıda 5), 3-ü isə 2 ulduzludur (Bakıda 1).
Qeyd edək ki, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə nazirlik tərəfindən təsnifat aparılır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan «Hotel Stars Criteria 2010-2014»ə uyğun hazırlanmış «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə» AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.