«Four Seasons Baku» hoteli yeni layihəyə start verib. Hoteldən verilən məlumata görə, bundan sonra yeni ailə həyatı quranlar nikah mərasimlərini Qız qalasında keçirə biləcəklər. Hotel mərasimlərin təşkilini «İçərişəhər» Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birgə həyata keçirəcək. Layihənin məqsədi tarixi məkanda nikah mərasiminin keçirilməsi, əcdadlarımızın mirasına bağlılıq və milli-mədəni dəyərlərin və adət-ənənələrin qorunub saxlanılmasıdır.

Fəxriyyə Abdullayeva