![](/img/news/700x420/14962.jpg)
Sentyabrın 16-da «Qafqaz Point» mehmanxanasında başlanan seminarda Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin 3-cü günü iştirakçılar Şamaxı və Ağsu rayonlarına səfər edərək bu bölgələrin arxeoloji və turizm potensialı barədə məlumat alıblar. «Ağsu» arxeoloji-turizm kompleksində təşkil olunan yekun iclasda yaradılacaq yeni birgə turizm məhsulu üzrə razılaşma əldə olunub.
Qeyd edək ki, oktyabr ayında yekunlaşacaq layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması və bu ölkələrin turizm məhsulunun yaradılmasını nəzərdə tutur.
Fəxriyyə Abdullayeva