Noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri zamanı ikitərəfli sənədlər imzalanıb. Əvvəlcə Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş”i ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın iqtisadi tənzimləmələr üzrə dövlət katibi Bela Qlatfelder imzalayıb. Həmçinin iki ölkə arasında kənd təsərrüfatı, ticarət, hava əlaqəsi, innovativ texnologiyaların tətbiqi, idman və gənclər sahələrində əməkdaşlıq haqqında sazişləri, Bakı Şəhər İcra Hakimiyyəti ilə Budapeşt Şəhər Meriyası arasında əməkdaşlıq protokolu imzalanıb.