Azərbaycan Turizm İnstitutunun elmi nəşri olan «Turizm və qonaqpərvərlik tədqiqatları» jurnalının 5-ci sayı işıq üzü görüb. Jurnalda iqtisad elmləri doktoru Dünyamalı Vəliyevin «Qloballaşma dövründə milli sənayenin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının konseptual əsasları», Melanie Stabauer və İrfan Arıkanın «Şenbrun sarayı nümunəsində UNESCO-nun dünya irsi obyektləri», Müzəffər Ağakərimovun «Mini mehmanxanalar», Məhərrəm Zülfüqarlının «Qarabağa yeni turist marşrutu: Bakı- Quzanlı», Liana Abdullayevanın «Muzeylərin maliyyələşdirilməsində davamlılığın təmin edilməsi», Ceyhun Nəsibbəylinin «Marketinq və onun prinsiplərinin hotelin fəaliyyət dövründə tətbiqi» və s. məqalələr yer alıb.
Fəxriyyə Abdullayeva