Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Yunanıstanın Keyfiyyət və Akkreditasiya Agentliyi (HQA) idarə heyətinin üzvü, professor Johannis Vlahosla görüşüb. Rektor qonağa ATİ-nin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom təcrübəsi barədə danışıb. Rektor Türkiyənin Akdeniz, Kastamonu, Almaniyanın Yade universitetləri və digər xarici müəssisələri ilə qurulan əməkdaşlıq, tələbə-müəllim mübadiləsi barədə də söz açıb.
Professor Johannis Vlahos təmsil etdiyi qurumun fəaliyyətindən danışarkən bildirib ki, agentlik ali təhsildə keyfiyyət mexanizminin idarə olunması məqsədilə yaradılıb. Söhbət əsnasında Yunanıstan Krit Universitetinin professoru olduğunu diqqətə çatdıran qonaq 1973-cü ildə yaradılan ali təhsil ocağı barədə də danışıb. ATİ və Yunanıstanın Krit Universiteti arasında əməkdaşlığın qurulması ilə bağlı razılıq əldə olunub.

 Fəxriyyə Abdullayeva