Dekabrın 20-21-də «Excelsior Hotel Baku» hotelinin «Afurja» zalında uşaqlar üçün Yeni il şənliyi keçiriləcək. İki saat davam edəcək Yeni il şənliyində uşaqlar al-əlvan şam ağacının ətrafında toplaşaraq Şaxta baba, Qar qız, canavar və dovşanla birgə əylənəcəklər. Şənlikdə uşaqların əyləncəsinə sehrbaz, jonqlyorlar və köpük şousu rəng qatacaq. Uşaqlar nağıl qəhrəmanları ilə görüşəcək və Şaxta babadan Yeni il hədiyyələri alacaqlar. Biletin qiyməti 39 manatdır. Bu qiymətə uşaqlar üçün hədiyyə və yemək daxildir.

Fəxriyyə Abdullayeva