Yanvarın 22-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin nüfuzlu turizm təşkilatı olan TÜRSAB-ın birgə təşkilatçılığı ilə İstanbul şəhərində iki ölkənin turizm şirkətləri və mehmanxana əməkdaşlarının toplantısı keçiriləcək. Ümumilikdə 100-dək nümayəndənin iştirakı nəzərdə tutulan tədbirdə təqdimat və ikitərəfli biznes görüşləri olacaq.
Türkiyənin turizm şirkətlərini, mehmanxanalarını və muzeylərini özündə birləşdirən TÜRSAB təşkilatının 9000-dən artıq üzvü var. Uzun müddətdir ki, həm Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, həm də Azərbaycan Turizm Assosiasiyasının qurumla sıx əlaqələri var.