Yanvarın 21-də “Park İnn” hotelinin Nəsimi zalında «Afrodita» kurort kompleksi və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Slovakiyanın «Reaske Teplise» kurortunun təqdimatı keçiriləcək. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından verilən məlumata görə, tədbir iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə reallaşdırılır.
«Reaske Teplise» kurortu özünün müxtəlif müalicəvi xüsusiyyətlərə malik termal su mənbələri, müalicəvi palçığı ilə tanınır. Burada nəfəs yolu xəstəliklərinin, bel, onurğa, sidik yolları, ürək-damar, əsəb, mədə-bağırsaq sistemi və onkoloji xəstəliklərin təbii yollarla unikal müalicə üsulları mövcuddur. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin əməkdaşları və media nümayəndələri tədbirə dəvətlidir.

Fəxriyyə Abdullayeva