Yanvarın 16-da Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (ASTTDA) arasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uzunmüddətli assosiativ əməkdaşlıq və assosiativ üzvlük haqqında memorandum imzalanıb. Memorandumu AZTA idarə heyətinin sədri Nahid Bağırov və ASTTDA-nın sədri Ruslan Quliyev imzalayıb.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından aldığımız məlumata görə, memorandumun imzalanmasında əsas məqsəd turizm təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək, Azərbaycanın turizm potensialını xarici ölkələrdə tanıtdırmaq, turizmin bütün növlərini müasir tələblərə uyğun formalaşdırmaq, turizm təhsilinin təbliği üçün səmərəli tərəfdaşlıq münasibətləri qurmaqdır. Bu əməkdaşlıq Azərbaycanda sağlamlıq turizminin inkişafında, xarici turistlərin və ölkəmizə yeni investisiyaların cəlb olmasında mühüm rol oynayacaq.

Fəxriyyə