Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən rüblük nəşr edilən «Turizm və qonaqpərvərlik tədqiqatları» jurnalının yeni sayı çapdan çıxıb. Jurnalın bu sayında da turizm sahəsinə dair elmi məqalələr, bu sahədə aparılan tədqiqatlar, turizm bazarında baş verən proseslər haqqında məlumatlar, həmçinin iqtisadiyyat, tarix və sənətşünaslıq istiqamətlərini əhatə edən on beş məqalə dərc edilib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun «Yeni yolda» məqaləsində 2006-cı ildən 2015-ci ilə qədər Azərbaycan Turizm İnstitutunun keçdiyi inkişaf yoluna işıq salınır və tədris ocağının yeni statusda strateji fəaliyyət hədəfləri göstərilir.

Fəxriyyə Abdullayeva