Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) rektoru, professor Cəfər Cəfərov Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Assad Xose Pena ilə görüşüb. Qonağa Azərbaycan Turizm və Menecment Universitetinin yaranma tarixi, xarici əlaqələri, o cümlədən gələcək planları haqqında ətraflı məlumat verilib. Fikir mübadiləsi zamanı iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və mövcud problemlər müzakirə olunub. Görüşün sonunda ikitərəfli əməkdaşlığın faydalı olacağına əminlik ifadə edilib.
Fəxriyyə Abdullayeva