Fevralın 23-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İtaliyanın Dante Alighieri Cəmiyyəti Bakı komitəsinin təşkilatçılığı ilə qurumun təqdimatı olub. Tədris ocağı 2015-ci ilin yanvarından Dante Alighieri Cəmiyyətinin Bakı komitəsi ilə əməkdaşlıq edir. Əldə olunan anlaşmaya əsasən ATMU-da tezliklə italyan dili kursları fəaliyyətə başlayacaq. Eyni zamanda cəmiyyət ATMU və İtaliya universitetləri arasında dinamik əlaqələrin qurulmasına, tələbələrin bu ölkədə təcrübə keçmələrinə lazımi dəstək göstərəcək.
Görüş-təqdimat zamanı Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə cəmiyyətin fəaliyyəti, ölkəmizdə həyata keçirdikləri tədbirlər barədə məlumat verilib.